
Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayının sonunadək vəzifəsindən istefa verəcək. Bu barədə hakim “Mənim addımım” parlament fraksiyasının rəhbəri Lilit Makunts bildirib.
“Bu gün aprelin 23-ü olduğunu nəzərə alsaq, baş nazir yaxın günlərdə, ayın sonunadək istefa verəcək".
Makunts dəqiq tarixi açıqlamayıb.
Xatırladaq ki, Nikol Paşinyan Ermənistanda 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini bəyan edib. //virtualaz.org//
