Sizin reklam burada
Sizin reklam burada

Putin Afinanın dəvətini rədd etdi

Putin Afinanın dəvətini rədd etdi





Rusiya Prezidenti Vladimir Putinin Afina rəhbərliyinin dəvətini geri çevirməsi bu ölkədə məyusluqla qarşılanıb.
Axar.az xəbər verir ki, Yunanıstanın “Ta Nea” qəzeti Putinin bu mövqeyi ilə bağlı fikirlərini bölüşüb.
“Bəs indi nə dəyişdi? Rusiyada Yunanıstanın mövqeyi ilə bağlı dəyişiklik varmı? Unutmayaq ki, Afina Vaşinqtona kifayət qədər hərbi baza verib. Hər iki ölkənin (Rusiya və ABŞ) maraqları çox böyükdür. Geosiyasi baxımdan götürsək, bu maraqlar ABŞ-la Rusiya arasında demək olar ki, birbaşa qarşıdurmaya qədər gedə bilər. Sadəcə Yunanıstanla məhdudlaşmazlar”, - nəşr yazıb.
Qeyd edək ki, Yunanıstan martın 25-də Müstəqillik Günü ilə bağlı keçiriləcək hərbi parada V.Putini dəvət edib. Ancaq Kreml sözçüsü Dmitri Peskov Putinin Afina səfərini planlaşdırmadığını bildirib.

  • Sosial şəbəkədə paylaş