Sizin reklam burada
Sizin reklam burada

Türkiyə və Qətər Liviya ordusunu möhkəmləndirəcək - Razılıq əldə olunub

Türkiyə və Qətər Liviya ordusunu möhkəmləndirəcək - Razılıq əldə olunub


Türkiyə, Liviya və Qətər hərbi saziş imzalayıblar. Ankara və Doha Liviyada xüsusi obyektlər yaradacaq. Bu barədə Tripoli hökumətinin mətbuat xidməti Liviya müdafiə nazirinin müavini Saladin əl-Nimruşa istinadla xəbər verib.
Ölkədə hərbi məqsədlər üçün hazırlıq və məsləhətləşmə obyektlərinin yaradılması planlaşdırılır. Həm də Türkiyə və Qətər Liviyaya hərbi personal göndərəcək. Məqsəd, sazişdə qeyd olunduğu kimi, Liviya silahlı qüvvələrinin potensialının yüksəldilməsidr.
Bundan əvvəl, Tripolidə Türkiyə, Qətər və Liviya nazirlərinin üçtərəfli danışıqları baş tutub.

  • Sosial şəbəkədə paylaş