
Son gündə Pakistanda COVID-19-a 1587 nəfər yoluxub. Bununla da belə xəstələrin sayı 265 min 83 nəfərə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada virusdan 31 xəstə vəfat edib, ümumilikdə isə ölənlərin sayı 5 min 599 nəfər olub.
Bildirilir ki, xəstəxanalarda 53 min 555 pasiyent var, 1 552 xəstə kritik vəziyyətdədir.
