Sizin reklam burada
Sizin reklam burada

Daha bir ölkə sərhədlərini açır

Daha bir ölkə sərhədlərini açır


Polşa iyunun 13-də Avropa İttifaqı ölkələri ilə sərhədlərini açacaq. Qanunpress.com “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Baş Naziri Mateuş Moravetski açıqlama verib.
“Biz sərhədlərlə bağlı qərar qəbul etdik. (İyunun -red.) 13-dən etibarən Avropa İttifaqı ölkələri üçün sərhədləri açmaq qərarına gəldik”, - Moravetski deyib. O qeyd edib ki, sərhədlər digər ölkələrlə koronavirus pandemiyası ilə əlaqədar hələ bağlı qalacaq.
Həmçinin, iyunun 16-da Polşa müntəzəm beynəlxalq aviadaşımaları bərpa edəcək.

  • Sosial şəbəkədə paylaş