Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: 3 nəfər dağıntılar altında qaldı

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: 3 nəfər dağıntılar altında qaldı



Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın hadisəsi olmayıb.
Partlayış zamanı evin konstruksiyaları dağılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ikisi azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Sosial şəbəkədə paylaş