Sizin reklam burada
Sizin reklam burada

Elçin Hüseynov - şərəfli ömür yolu .

Elçin Hüseynov - şərəfli ömür yolu .

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynovdur .
Elçin Hüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Hüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Elçin Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Elçin Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Elçin müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Ona etibar edilən bütün işlərdə Elçin Hüseynov özünü doğruldub.
Bizdə hörmətli Elçin müəllimi və bütün kollektivini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayırıq . Qoy Ulu tanrı sizləri və Azərbaycanımızı qorusun .

  • Sosial şəbəkədə paylaş