Sizin reklam burada
Sizin reklam burada

Yaşar Məhhərəmov qısa müddət ərzində böyük uğurlara imza atdı .

Yaşar Məhhərəmov qısa müddət ərzində böyük uğurlara imza atdı .


Yaşar Rəcəb oğlu Məhərrəmov 1978-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Orta məktəbi fəqlənmə ilə bitirərək, Azərbaycan Dövlət Pedoqoji Universitetinin coğrafiya fakultəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit fakültəsini bitirib. 2000-ci ildə Tərtər rayon Evoğlu kənd tam orta məktəbində müəllim kimi pedoqoji fəaliyyətə başlayıb. 2001-2006-cı illərdə direktor müavini, 2006-2011-ci illərdə direktor, 2011-2016-cı illərdə direktor müavimi vəzifəsində çalışıb. 2016-ci ildə Yuxarı Sarıcalı kənd tam orta məktəbinə imtahan yolu ilə direktor vəzifəsinə təyin edilib. 25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun əmri ilə Tərtər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Müstəqillik qazandıqdan sonra respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhhərəmov belə insanlardandır.
Yaşar Məhhərəmov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Yaşar Məhhərəmovun həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Yaşar Məhhərəmov işlədiyi Tərtər Rayon Təhsil Şöbəsində daim müəllimlərin və şagirdlərin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Yaşar müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Yaşar müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş