Sizin reklam burada
Sizin reklam burada

Balakəndə yanğın baş verib

 Balakəndə yanğın baş verib




Balakən rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qullar kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin tavanı 65 m² sahədə, bitişik, ümumi sahəsi 50 m² olan talvarın tavanı və altına yığılan 2,5 ton xurmanın 1 tonu yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş