Sizin reklam burada
Sizin reklam burada

48 saylı yol istirmar idarəsinin uğurları göz qabağındadır.

48 saylı yol istirmar idarəsinin uğurları göz qabağındadır.


Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.
Lənkəran şəhər 48 saylı yol istirmar idarəsinin müdiri Çingiz Əkbərovun uğurlu xidmətləri sayəsində Lənkəran şəhərinin küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Turizm rayonu olan Lənkərana gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir. Turizm mövsümü ərəfəsində hazırda rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Lənkəran şəhərində da uğurla davam etdirilir.
Çingiz Əkbərovun rəhbərliyi ilə Lənkəran şəhərində yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Çingiz müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Çingiz Əkbərovun güclü idarəetmə bacarığı sayəsində 48 saylı yol istirmar idarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Çingiz Əkbərovun kollektivi Lənkəranda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Lənkəran sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
Lənkəran şəhər 48 saylı yol istirmar idarəsinin uğurları göz qabağındadır.

  • Sosial şəbəkədə paylaş