Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 28 nömrəli Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 28 nömrəli Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.





Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qazax Rayon 28 nömrəli Yol İstismar İdarəsinin rəisi Kərəm Məmmədrzayev belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.
Qazax Rayon 28 nömrəli Yol İstismar İdarəsinin rəisi Kərəm Məmmədrzayevin uğurlu xidmətləri sayəsində Qazax rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Qazax rayonunda da uğurla davam etdirilir.
Kərəm Məmmədrzayevin rəhbərliyi ilə Qazax rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Kərəm müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Kərəm Məmmədrzayevin güclü idarəetmə bacarığı sayəsində 28 nömrəli Yol İstismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Kərəm Məmmədrzayevin kollektivi Qazaxda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Qazax sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
28 nömrəli Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.

  • Sosial şəbəkədə paylaş