Sizin reklam burada
Sizin reklam burada

Zakir Hüseynov - şərəfli ömür yolu.

Zakir  Hüseynov - şərəfli ömür yolu.




Zakir Nəsib oğlu Hüseynov 1955-ci il iyul ayının 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olmuşdur.
1962-1972-ci illərdə Zod kənd məktəbində orta təhsil alıb. Qəbul imtahanlarında yüksək nəticələr göstərərək H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstituna qəbul olunub. İnstitutun riyaziyyat fakultəsini bitirib.
Pedaqoji fəaliyyətə Qərbi Azərbaycanın Basarkeçər rayonunda 1977-ci ildən başlamışdır. Atestasiya komissiyasının qərarı ilə pedaqoji təcrübəsi Azərbaycanda yayılmış, ona baş müəllim adı verilmişdir.
Yüzlərlə digər azərbaycanlı ailələri kimi Zakir Hüseynovun da ailəsi 1988-ci ilin noyabr ayında Dağlıq Qarabağ və onun ətrafında baş verən məlum hadisələrlə bağlı öz ata-baba torpaqlarından qovulmuşlar.
13 yanvar 1989-cu il tarixdən Gəncə şəhər 14 nömrəli tam orta məktəbin rus bölməsində riyaziyyat-informatika müəllimi kimi fəaliyyətini davam etdirmişdir.
1994-cü ildə Respublika Təhsil Nazirliyinin atestasiya komissiyasının qərarı ilə ona “Ali kateqoriyalı müəllim” adı verilmişdir.
06 sentyabr1999-cu il tarixdə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur.
Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 03 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
2011-ci ildə texnika üzrə fəlsəfə doktoru adını almışdır.
YAP-ın fəal üzvlərindən olan Zakir Hüseynov “Heydər Əliyev və məktəb riyazıyyatı”, “Rabitə nəzəriyyəsi” dərs vəsaitlərinin, 20-dən çox elmi məqalənin müəllifidir.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Zakir müəllim işlədiyi Gəncə şəhər Təhsil İdarəsində təlim-tərbiyənin yüksək səviyyədə təşkilinə , eləcədə təhsildə böyük uğurlar qazanması Zakir müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Zakir müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş