Sizin reklam burada
Sizin reklam burada

Tariyel Əkbərov - şərəfli ömür yolu.

Tariyel Əkbərov - şərəfli ömür yolu.




Tariyel İntiqam oğlu Əkbərov 02 mart 1979-cu ildə Masallı rayon Şıxlar kəndində anadan olmuş. 1996-cı illərdə Ərkivan qəsəbə 3 saylı tam orta məktəbini bitirmişdir.1996-2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində oxumuş və mühəndis İqtisadiyyatı üzrə bakalavr dərəcəsi almışdır.2000-2001-ci illərdə hərbi xidmətdə olmuşdur. 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının yenidənhazırlanma kursunda olmuş və riyaziyyat və informatika müəllimi ixtisasına yiyələnmişdir. 2003-2007-ci illərdə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti Şöbəsində böyük mühəndis vəzifəsində işləmişdir. 2007-2010-cu illərdə isə 2 saylı Şıxlar kənd ümumi orta məktəbində direktor işləmişdir. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində oxumuş və riyaziyyat müəllimi ixtisası üzrə ikinci ali təhsil almışdır.2010-cu ildən Masallı RTŞ-də müdir müavini vəzifəsində çalışmış, və hazırda Masallı RTŞ-nin müdiridir.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Tariyel müəllim işlədiyi Masallı rayon Təhsil şöbəsinidə təlim-tərbiyənin yüksək səviyyədə təşkilinə , eləcədə təhsildə böyük uğurlar qazanması Tariyel müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Tariyel müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş