
Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ötən illərdə ölkəmizin bütün regionlarında, həmçinin paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizin yol infrastrukturu xeyli dəyişmiş, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüşdür.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Beyləqan rayonunda da uğurla davam etdirilir.
Zamin Abbasovun rəhbərlik etdiyi, Beyləqan rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Zamin müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Zamin Abbasovun güclü idarəetmə bacarığı sayəsində qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Zamin Abbasovun kollektivi Beyləqanda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib.

