Sizin reklam burada
Sizin reklam burada

Şabranda doğuş zamanı ana və uşaq öldü

Şabranda doğuş zamanı ana və uşaq öldü



Şabranda doğum evində ana və uşaq ölümü qeydə alınıb.
Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova və onun körpəsi doğuş zamanı həyatını itirib.

Bu, Nailə Qasımovanın üçüncü hamiləliyi olub.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

  • Sosial şəbəkədə paylaş