
Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Onu da qeyd etmək lazımdır ki, həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər.Rayonda iməciliklər ənənəvi xarakter alıb. Həftəsonu keçirilən iməciliklər zamanı şəhərin bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir. Göyçay rayonunda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər pandemiya qaydalarına uyğun olaraq bu gün də davam etdirilir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxından köməyi və diqqəti sayəsində bütün işlər yüksək səviyyədə və operativ surətdə həyata keçirilir ki, bu da sakinlərin dərin razılığına səbəb olur. Göyçay rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet məsələlərdən biri olan insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitə olan vətəndaşların təklif ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanunvericiliyə müvafiq həlli yollarının müəyyənləşdirilməsi qənaətbəxş və uğurludur. Təşkilat rəhbərlərindən tutmuş, icra hakimiyyətinin sıravi işçilərınə kimi bilirlər ki, yaşından, peşəsindən, mövqeyindən asılı olmayaraq, hər bir sakin müraciət edirsə ən yüksək səviyyədə diqqət göstərilməlidir. Bu Mehdi müəllimin başlıca yaratdığı şəraitdən və tələbkarlığından irəli gəlir. Məhz bu yanaşmanın nəticəsidir ki, əhali tərəfindən daxil olan şikayətlərin sayı getdikcə azalır. Rayon icra hakimiyyəti əhali ilə ən sıx münasibəti, problemlərin həllini səyyar qəbulların təşkilində və keçirilməsində görür. Hiss olunur ki, rayon icra hakimiyyəti başçısının timsalında adamların dövlətə və dövlətçiliyə böyük inamları var, əhali ilə isti münasibətlər yaranıb və sair. Bu görüşlər, qəbullar formalizmdən qat-qat uzaqdır, səmimiyyəti, demokratikliyi, işgüzarlığı ilə seçilir.
Karantin olmasına baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən rayonda bir çox işlər öz axarı ilə davam edir. Vətəndaşların müraciətlərinin və problemlərinin öyrənilməsi istiqamətində Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə tərəfindən növbəlilik prinsipi əsasında karantin dövründə onlayn qaydada qəbul edilən vətəndaşların sayı hər gün artır.Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürür.
Göyçay rayonunda abadlıq-quruculuq işləri Mehdi Səlimzadənin təşəbbüsü ilə geniş vüsət alıb
Mehdi Səlimzadə ani və düzgün qərar qəbul edən nadir insanlardandır!
Prezident İlham Əliyevdən nümunə götürən Mehdi Səlimzadənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir!
Mehdi Səlimzadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Mehdi Səlimzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Göyçay Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə hər zaman öz qayğısı ilə seçilən Mehdi Səlimzadə şəhid ailələri ilə birbaşa görüşlər keçirir, əlillərə hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.Sakinlərə göstərdiyi diqqət və qayğı müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.
Göyçay rayonunda İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Göyçay rayonunda pandemiya tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər də görülür.
Sadəlik insanın baş ucalığıdır. Bu sadəlik, adamlara isti münasibət rəhbər işçidə, başqa sözlə, məmurda olduqda, bundan hamı bəhrələnir. Elə rəhbər işçi də, sadə vətəndaş da, el-oba da. Göyçayda olduğu kimi . Ona etibar edilən bütün işlərdə Mehdi Səlimzadə özünü doğruldub. Bizdə Qanunpress.com xəbər portalı olaraq hörmətli Mehdi Səlimzadəyə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.
