Ramin Qasımov uzun illər ərzində cərrahiyyə sahəsində qazandığı zəngin təcrübə, müasir tibbi yanaşmaları, yüksək təşkilatçılıq bacarığı və insanlara göstərdiyi qayğı ilə nüfuz qazanmış səhiyyə rəhbərlərindən biridir. O, peşə fəaliyyətində daim yeniliklərə açıq olması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər və vətəndaş məmnunluğunu əsas prinsip kimi qəbul etməsi ilə tanınır.
Onun rəhbərlik etdiyi kollektivlərdə sağlam iş mühitinin formalaşdırılması, tibbi xidmətlərin müasir standartlara uyğun təşkili və peşəkar kadr potensialının inkişafı hər zaman prioritet istiqamətlərdən olub. Bu baxımdan, Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinə gətirilməsi regionda səhiyyə xidmətlərinin daha da təkmilləşdirilməsi üçün yeni imkanlar yaradacaq.
İnanırıq ki, Ramin Qasımovun rəhbərliyi ilə Sumqayıt Tibb Mərkəzi əhalinin keyfiyyətli tibbi xidmətə çıxışının genişləndirilməsi, müasir müalicə metodlarının tətbiqi, tibbi infrastrukturun inkişafı və pasiyent məmnunluğunun artırılması istiqamətində yeni uğurlara imza atacaq.
Bu əlamətdar təyinat münasibətilə hörmətli Ramin Qasımovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz enerji, məsuliyyətli fəaliyyətində uğurlar və Azərbaycan səhiyyəsinin inkişafı naminə yeni nailiyyətlər arzulayırıq. Əminik ki, onun peşəkarlığı, zəngin idarəçilik təcrübəsi və vətənə, xalqa xidmət prinsiplərinə sadiqliyi Sumqayıt Tibb Mərkəzinin fəaliyyətinə mühüm töhfələr verəcək.
Yeni vəzifəniz mübarək, hörmətli Ramin Qasımov! Uğurlarınız davamlı, fəaliyyətiniz daim xalqın sağlamlığına xidmət edən nümunəvi bir yol olsun.
Hörmətlə Vidadi Gözəlov
Baş redaktor
