Məktəbəqədər təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən ən mühüm mərhələlərdən biridir. Bu sahədə çalışan rəhbərlərin peşəkarlığı, təşkilatçılığı və uşaqlara göstərdikləri qayğı gələcək nəslin sağlam, bilikli və vətənpərvər ruhda yetişməsinə birbaşa təsir göstərir. Kəlbəcər rayon 5 saylı körpələr evi–uşaq bağçasının müdiri Yeganə Məmmədova da fəaliyyətini məhz bu məsuliyyətli missiyaya həsr edən rəhbərlərdən biridir.Yeganə Məmmədovanın rəhbərlik etdiyi Kəlbəcər rayon 5 saylı körpələr evi–uşaq bağçası Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir və hazırda Gəncə şəhərində yerləşən məcburi köçkün yaşayış qəsəbəsində xidmət göstərir.
Onun rəhbərliyi altında bağçada uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Təlim-tərbiyə prosesində müasir pedaqoji yanaşmalar tətbiq olunur, uşaqların intellektual, sosial və mənəvi inkişafı üçün əlverişli mühit yaradılır. Valideynlərlə sıx əməkdaşlıq, müəllim kollektivinin peşəkarlığının artırılması və sağlam psixoloji mühitin formalaşdırılması Yeganə Məmmədovanın idarəçilik prinsipinin əsas istiqamətlərindəndir.
Kollektivdə qarşılıqlı hörmət, məsuliyyət və əməkdaşlıq mühitinin yaradılması bağçanın fəaliyyətində öz müsbət nəticələrini göstərir. Burada uşaqlar yalnız məktəbə hazırlanmaqla kifayətlənmir, həm də milli-mənəvi dəyərlərə bağlı, vətənini sevən, yaradıcı düşünən şəxsiyyət kimi formalaşmaları istiqamətində tərbiyə olunurlar.
Kəlbəcər rayonunun işğaldan azad edilməsindən sonra "Böyük Qayıdış" proqramı çərçivəsində bölgənin yenidən qurulması və təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti məktəbəqədər təhsilin də inkişafına yeni imkanlar açır. Bu prosesdə Yeganə Məmmədova kimi təhsil rəhbərlərinin fəaliyyəti gələcək nəsillərin keyfiyyətli təhsil almasına mühüm töhfə verir.
Yeganə Məmmədova peşəkarlığı, təşkilatçılığı və uşaqlara olan xüsusi qayğısı ilə həm pedaqoji kollektivin, həm də valideynlərin etimadını qazanmış rəhbərlərdən biridir. Onun məqsədi uşaqların təhlükəsiz, sağlam və sevgi dolu mühitdə böyüməsini təmin etməklə yanaşı, onların gələcək təhsil həyatına möhkəm təməl yaratmaqdır.
Şübhəsiz ki, məktəbəqədər təhsil sahəsində görülən bu işlər Kəlbəcər rayonunun təhsil ənənələrinin daha da möhkəmlənməsinə, gələcəyin savadlı və vətənpərvər nəslinin yetişməsinə xidmət edir. Yeganə Məmmədovaya gələcək fəaliyyətində yeni uğurlar, rəhbərlik etdiyi kollektivə isə daim inkişaf və nailiyyətlər arzulayırıq.
