Azərbaycan səhiyyəsinin inkişafı güclü idarəçilik, peşəkar həkim heyəti və vətəndaş məmnunluğunu əsas prioritet kimi qəbul edən rəhbərlərin fəaliyyəti ilə daha da sürətlənir. Bu baxımdan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova öz peşəkarlığı, təşkilatçılıq bacarığı və məsuliyyətli fəaliyyəti ilə seçilən səhiyyə rəhbərlərindən biridir.
Nuridə Məmmədova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilməzdən əvvəl Lənkəran Regional Perinatal Mərkəzinə rəhbərlik edib, daha sonra isə xəstəxanada cərrahiyyə üzrə direktor müavini kimi fəaliyyət göstərib. 2025-ci ildə TƏBİB-in müvafiq əmri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Onun rəhbərliyi dövründə əsas məqsədlərdən biri əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, müasir tibbi yanaşmaların tətbiqi, xəstə məmnunluğunun artırılması və tibbi kollektiv arasında səmərəli əməkdaşlığın gücləndirilməsidir. Səhiyyə sahəsində peşəkarlıqla yanaşı, insan amilinə həssas münasibət də uğurlu idarəçiliyin vacib göstəricilərindən hesab olunur.
Nuridə Məmmədova Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Nuridə xanım öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Hər kəsə bəllidir ki, Nuridə xanım yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Nuridə Məmmədova hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir .
Lənkəran Rayon Mərkəzi Xəstəxanası regionun ən mühüm tibb müəssisələrindən biri kimi minlərlə vətəndaşa xidmət göstərir. Belə böyük məsuliyyət daşıyan bir müəssisəyə rəhbərlik etmək yüksək təşkilatçılıq bacarığı, operativ qərarvermə və komanda ruhunun formalaşdırılmasını tələb edir. Nuridə Məmmədovanın fəaliyyəti bu istiqamətdə qarşıya qoyulan hədəflərin həyata keçirilməsinə xidmət edir.
Səhiyyənin əsas məqsədi insan sağlamlığının qorunmasıdır. Bu məqsədə çatmaq üçün həkimlərin peşəkar inkişafı, tibbi xidmətlərin əlçatanlığı və müasir idarəetmə prinsiplərinin tətbiqi mühüm rol oynayır. Nuridə Məmmədovanın rəhbərlik etdiyi kollektiv də bu prinsiplər əsasında fəaliyyət göstərərək region əhalisinə keyfiyyətli tibbi xidmət göstərməyə çalışır.
İnanırıq ki, gələcək dövrdə də Lənkəran Rayon Mərkəzi Xəstəxanası səhiyyə sahəsində əldə olunan uğurlarını davam etdirəcək, region sakinlərinin sağlamlığının qorunmasına və Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir.
