Sizin reklam burada
Sizin reklam burada

İlqar Ramizoğlu – Masallı səhiyyəsinin inkişafına xidmət edən rəhbər









Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu peşəkar həkim kimi qazandığı təcrübəni rəhbərlik fəaliyyəti ilə birləşdirərək rayon əhalisinə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində çalışan səhiyyə rəhbərlərindən biridir. Uzun illər həkim-kardioloq kimi fəaliyyət göstərməsi ona həm pasiyentlərin ehtiyaclarını, həm də səhiyyə sisteminin gündəlik problemlərini yaxından tanımaq imkanı verib.
Onun rəhbərliyi dövründə Masallı Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin təşkili, vətəndaş məmnuniyyətinin artırılması, kollektiv arasında peşəkarlığın və məsuliyyət hissinin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi diqqət mərkəzində saxlanılıb. Müasir səhiyyənin əsas prinsiplərinə uyğun xidmətlərin göstərilməsi, tibbi personalın bilik və bacarıqlarının inkişafı, eləcə də əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər rayon səhiyyəsinin inkişafına töhfə verir.
İlqar Ramizoğlu hesab edir ki, həkim peşəsinin əsas məqsədi insan sağlamlığını qorumaq və hər bir pasiyentə diqqət və qayğı ilə yanaşmaqdır. Bu yanaşma xəstəxanada formalaşdırılan iş mühitində də özünü göstərir və tibbi xidmətlərin səmərəli təşkilinə xidmət edir.
İlqar Ramizoğlu Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İlqar Ramizoğlu öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Hər kəsə bəllidir ki, İlqar doktor yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. İlqar Ramizoğlu hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir .
Masallı rayonunda səhiyyə infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində yeni tibbi məntəqələrin fəaliyyəti və xidmət imkanları barədə ictimaiyyətə məlumat verilməsi də xəstəxana rəhbərliyinin diqqət yetirdiyi məsələlərdən biridir.
Səhiyyə sahəsində uğurlar ilk növbədə peşəkar kollektiv, düzgün idarəçilik və insan amilinə verilən dəyərlə ölçülür. İlqar Ramizoğlunun fəaliyyəti də məhz bu prinsiplərə söykənərək Masallı rayonunda əhalinin keyfiyyətli tibbi xidmətə çıxışının təmin olunmasına və səhiyyə sisteminin inkişafına yönəlmiş məqsədlərlə xarakterizə olunur. Onun gələcək fəaliyyətinin də rayon səhiyyəsinin daha da inkişafına və insanların sağlamlığının qorunmasına töhfə verəcəyi gözlənilir.

  • Sosial şəbəkədə paylaş