Sizin reklam burada
Sizin reklam burada

Əlixan Şirvanov : Milli Qurtuluş Günü – Azərbaycanın Dövlətçilik Tarixində Dönüş Nöqtəsi

Əlixan Şirvanov : Milli Qurtuluş Günü – Azərbaycanın Dövlətçilik Tarixində Dönüş Nöqtəsi






Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasının, milli birliyin və sabitliyin bərqərar olmasının rəmzidir. Bu əlamətdar tarix ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirmiş, Azərbaycanı parçalanma və xaos təhlükəsindən xilas edərək tərəqqi mərhələsinə çıxarmışdır.
Bu gün Milli Qurtuluş Gününün mahiyyəti təkcə siyasi sabitliyin təmin olunması ilə məhdudlaşmır. Həm də hüquqi dövlət quruculuğunun, qanunun aliliyinin və vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasının əsasını təşkil edən bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Məhz həmin dövrdən etibarən ölkədə hüquq sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, dövlət institutları formalaşdırılmış və vətəndaş cəmiyyətinin inkişafına şərait yaradılmışdır.
Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu Əlixan Şirvanov da Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin inkişafındakı əhəmiyyətini yüksək qiymətləndirən ziyalılardan biridir. O hesab edir ki, hüquqi dövlətin əsas dayaqlarından biri vətəndaşların hüquqlarının etibarlı müdafiəsi və qanunların aliliyinin təmin edilməsidir. Bu baxımdan notariat fəaliyyəti cəmiyyətin hüquqi münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır.
Əlixan Şirvanovun peşəkar fəaliyyəti hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaşların qanuni maraqlarının qorunmasına və hüquqi maarifləndirmənin gücləndirilməsinə yönəlmişdir. Onun məsuliyyətli yanaşması, qanunlara sadiqliyi və insanlara diqqətli münasibəti vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.
Bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Milli Qurtuluş Günündə əsası qoyulan siyasi sabitlik, milli birlik və güclü dövlətçilik prinsipləri dayanır. Hüquq-mühafizə və notariat sistemində çalışan peşəkarların fəaliyyəti də bu dəyərlərin qorunmasına və inkişafına xidmət edir.
Milli Qurtuluş Günü hər bir Azərbaycan vətəndaşı üçün dövlətə sədaqət, milli həmrəylik və gələcəyə inam bayramıdır. Bu əlamətdar gün münasibətilə ölkəmizin tərəqqisi naminə çalışan bütün hüquq işçilərini, o cümlədən Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu Əlixan Şirvanovu təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq.
15 İyun – Milli Qurtuluş Günü mübarək!

  • Sosial şəbəkədə paylaş