
Müstəqil Azərbaycanın uğurlu inkişafında dövlətə sadiq, xalqa bağlı, vəzifəsini vicdanla yerinə yetirən məmurların rolu danılmazdır. Xüsusilə də təhsil sahəsində çalışan, gecə-gündüz zəhmət çəkən və bu işə həyatını həsr edən rəhbərlərin fəaliyyəti xüsusi təqdirəlayiqdir. Bu mənada Quba şəhər 7 nömrəli uşaq bağçasının müdiri Səadət Xanımın adı hörmət və ehtiramla çəkilməyə layiqdir. O, öz fəaliyyətində həm peşəkarlığı, həm də dövlətə və dövlətçiliyə sədaqəti ilə fərqlənir.
Səadət müəllimə illərdir ki, təhsil sahəsində böyük təcrübəyə malik bir şəxs olaraq, bu sahədə öz prinsipial mövqeyi və əzmkar fəaliyyəti ilə tanınır.
O, hər zaman dövlətin təhsil sahəsində siyasətini dəstəkləyir və bu siyasətin bölgədə uğurla həyata keçirilməsi üçün əlindən gələni edir.
Səadət Xanımn fəaliyyətində diqqətçəkən əsas cəhətlərdən biri də onun dövlətçiliyə sadiqliyidir. O, hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti dəstəklədiyini açıq şəkildə bildirir. Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Qarabağın dirçəldilməsi və ölkənin dayanıqlı inkişafı üçün dövlətin yanında olmaq hər bir vicdanlı azərbaycanlının borcudur.
Bu mövqeyi təkcə sözlərlə deyil, konkret əməl və fəaliyyətində də müşahidə olunur. Onunla çalışan kollektivə də bu ruhda vətənpərvərlik aşılayır, onları dövlətə sədaqətlə xidmət etməyə ruhlandırır.
Quba şəhər 7 nömrəli körpələr evi-uşaq bağçasında həyata keçirilən maarifləndirici layihələr, bayram tədbirləri, psixoloji inkişaf proqramları və sağlamlıq yönümlü fəaliyyətlər Səadət Xanımın işə ürəklə yanaşmasının nəticəsidir. O, bağçanı müasir və innovativ yanaşmalarla yeniləməyə, həm maddi-texniki bazanı gücləndirməyə, həm də təlim-tərbiyə mühitini daha səmərəli etməyə davam edir. Bağçada tətbiq olunan oyun əsaslı təlim metodları, erkən yaş dövrü üçün uyğunlaşdırılmış interaktiv dərsliklər və rəqəmsal resurslar uşaqların həm fiziki, həm də zehni inkişafına xidmət edir. Məhz bu səbəbdən Quba şəhər 7 nömrəli körpələr evi-uşaq bağçasında valideynlər arasında etibarlı bir təhsil mərkəzi kimi nüfuz qazanıb. Səadət Xanımın təşəbbüsü ilə bağçada inklüziv təhsilə də xüsusi diqqət yetirilir–xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün fərdi inkişaf proqramları hazırlanır və sosial adaptasiya mühiti yaradılır. Səadət müəllimə – sadəcə bir rəhbər deyil, uşaqların xoşbəxt gələcəyinə inanan, onların ilk addımlarını sevgi ilə müşayiət edən əsl maarifpərvərdir. Onun əməyinin nəticəsi isə sabahın savadlı, mədəni və sağlam cəmiyyəti olacaq. Bu gün o, təkcə təhsil sisteminə deyil, eyni zamanda insanlıq dəyərlərinin yaşadılmasına xidmət edən nadir rəhbərlərdən biri kimi cəmiyyətin rəğbətini qazanmaqdadır .
