
Qeyd edək ki, faktiki olaraq “Halal Dad” MMC-də vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, bu məssisədə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Sadəcə “Halal Dad” MMC-yə təşrif buyurmaq kifayətdir.
Yox, əgər bəzi həmkərlarım özlərinə əziyyət verib, buraya gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.
Məhz bu səbəbdəndir ki, Azərbaycanda bazara axır vaxtlar "halal" adı ilə ayaq açan kifayət qədər kolbasa məmulatları var. Lakin təəssüflər olsun ki, keyfiyyətini qoyaq bir kənara, satılan məhsulun halal olmasına da kifayət qədər şübhələr var. Birmənalı söyləmək mümkündür ki, bu gün əhalinin bu tələbatını nəzərə alan bir çox işbazlar "halal" adı ilə bazara çıxardıqları məhsullarla həm istehlakçı hüquqlarını pozur, ən vacibi isə insan sağlamlığını ciddi şəkildə təhdid edən xəstəliklərə yol açırlar.
Əlbəttə, bununla yanaşı, sözün bütün mənalarında, halal, keyfiyyətli kolbasa və sosis istehsalını gerçəkləşdirən müəssisələr də çox deyil.
Onlardan biri də “Halal Dad” MMC müəssisəsidir ki, tam məsuliyyətlə demək mümkündür ki, belələrindəndir. Qeyd edək ki, “Halal Dad” MMC-nin məhsulları keyfiyyəti baxımından məşhurdur. Bu, heç də nəzəri mülahizələr deyil. Belə ki, burada istehsal olan məhsulların keyfiyyətinə əmin olmaq üçün istehsal prosesində bilavasitə iştirak etdik. Necə deyərlər, gedib gözümüzlə gördük. Məlumat üçün bildirək ki, bir necə ildir ki, fəaliyyət göstərən müəssisə respublikamızda əsl "halallıq" nümunəsi sərgiləyib.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, müəssisədə müasir avadanlıqlardan istifadə edilir ki, bu da istehsal prosesində xammala insan əlinin toxunuşunu, demək olar ki, tamamilə məhdudlaşdırır.
Kolbasa məmulatlarının istehsalı üçün tədarük olunan mahsullar Azərbaycanın aidiyyəti qurumları tərəfindən sertifikatlaşdırılır.
Müəssədə kəsilən ət məhsulları öncə tərəzidə qəbul olunur. Müvafiq çəki müəyyənləşdirildikdən sonra ət sümükdən ayrılır, duzla qarışdırıldıqdan sonra həmin ət farş halına salınır.

Farş halında hazır edilən ət ədviyyatlarla birlikdə şprislərə verilir və ərzaq dükanlarında gördüyümüz kolbasa formalarına salınır. Bu prosesdən sonra həmin məhsullar göndərilir sobalara və müəyyən olunan vaxtacan orada qalır. Hazır olduqda isə çıxardılaraq bir neçə dəqiqəlik soyuducularda saxlanılır.
Daha sonra isə hazır məhsullar satış məntəqələrinə göndərilir. “Halal Dad” MMC mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. “Halal Dad” ət və ət məhsulları MMC xüsusi olaraq gigiyenik qaydada hazırlanmış məhsullarını istənilən marketlərdən əldə edə bilərsiniz. Biz müştərilərimizə ət məhsullarının Halal olmasına və gigiyenik baxımdan rahatılqla alıb istifadə etmələrinə zəmanət veririk.
Bizdə bütün oxucularımıza məsləhət edirik ki “Halal Dad” ət və ət məhsullarından istifadə etsinlər .Halallığına tam zəmanət veririk. Bəli, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır, “Halal Dad” ət və ət məhsulları MMC-nin məhsulları tez bir zamanda özünə alıcı bazarı qazanıb. Müəssisə 20-30 il əvvəlki dadı özünə qaytarıb. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
