Sizin reklam burada
Sizin reklam burada

BBBBBBBBBBBBBBBBB

Bəli, bu gün təhsilə göstərilən qayğı uşaq bağçalarında özünü göstərir . Yüksək keyfiyyətli tədris onun sübutudur ki, ölkəmizin gələcəyi savadlı kadrların əlində olacaqdır. Bu da bir dövlət üçün, onun hərtərəfli inkişafı üçün çox vacibdir.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu məqsədlə bir çox yerlərdə, şəhər və rayonlarda məktəb və uşaq bağçaları binaları tikdirmiş və əsaslı təmir işlərinin aparılmasına xüsusi göstəriş vermişdir.
Bakı şəhərində dövlət bağçaları ilə yanaşı olaraq özəl uşaq bağçalarında da təlimin keyfiyyətinin yüksəlməsi və yeni təhsil islahatlarının həyata keçirilməsi yolunda bir sıra mühüm addımlar atılmışdır. İnkişafın ən yüksək mərhələlərində olan Fidan Kids Land Körpələr evi-uşaq bağçasının müdiri Yeganə xanım Məmmədovanın xidmətlərini qeyd etməmək məncə böyük haqsızlıq olardı.
Bəli, bu gün gələcəyimizin inkişafı üçün əsil pedoqoq adına layiq olan vicdanlı məktəb və bağça rəhbərləri də əllərindən gələni edir, rəhbərlik etdikləri tədris ocaqlarında xüsusi qayda-qanun yaradır, şagirdlərin yüksək elmə yiyələnməklərinə doğru yol göstərirlər.
Burada görülən işlər, yaradılan yeni şərait bağçanım müəllim kollektivi, o cümlədən uşaqlar, valideynlər tərəfindən müsbət qarşılanıb.
Yeganə xanım gələcəyimiz olan uşaqların düzgün təlim-tərbiyə almasında, elmə, biliyə yiyələnməsində öz köməkliyini əsirgəmir.
Yeganə müəllimənin rəhbərlik etdiyi bağçada mehriban, qayğıkeş kollektiv vardır ki, övladlarımızın xoşbəxt gələcəyi naminə əl-ələ verib, uşaqların yüksək elmə,sənətə yiyələnmələrinə doğru yol göstərirlər. Dünyada elə bir insan tapılmaz ki, ucaldığı zirvəyə görə ilk növbədə müəllimlərinə borclu olmasın. Hər birimiz məktəb yolları ilə atdığımız kövrək addımları, bizi xoş, gülərüz qarşılayan, valideyn qayğısı göstərən müəllimlərimizi yaxşı xatırlayır, onlara olan minnətdarlıq hissini hər zaman yaşadırıq. Sevindirici haldır ki, respublikamızda öz şərəfli peşəsinin vurğunu, kamil bilicisi olan müəllimlərimizin sayı kifayət qədərdir.
Ümumiyyətlə, müəllim elə bir varlıqdır ki, varlığına ehtiyac duymamaq mümkün deyil. Bu ad olan yerdə mənəviyyat, milli şüur var. Müəllimsiz həyat susuz dəyirmana bənzəyir. Müəllim müqəddəs ucalıqdır, dahidir, əvəzedilməzdir.
Biz də gənc nəslin təlim-tərbiyyəsində, dövlətimizin təhsilinin inkişafı istiqamətində səmərəli fəaliyyətini əsirgəməyən Fidan Kids Land uşaq bağçasının müdiri Yeganə müəlliməyə övladlarımıza göstərdiyi qayğı və nəvazişə görə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayır, hər birinə həyatda və pedaqoji fəaliyyətində gələcək uğurlarınızın davamlı olmasını arzulayırıq.
Hörmətli Yeganə müəllimə!
Səmərəli və məqsədyönlü fəaliyyətinizlə, işgüzar əməllərinizlə daim fədakarlıq nümayiş etdirmisiniz. Məhz bu xidmətin nəticəsidir ki, rəhbərlik etdiyiniz Fidan Kids Land uşaq bağçasında hər kəs tərəfindən sevilirsiniz.
Dəyərli peşə sahibi, əziz müəllim!
Sizin sayənizdə övladlarımızın xoş gələcəyinə inanırıq.
Bir daha çətin və şərəfli peşənizdə uğurlar arzulayıram.

  • Sosial şəbəkədə paylaş