Sizin reklam burada
Sizin reklam burada

Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov vəzifəsini şərəflə yerinə yetirir

Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov vəzifəsini şərəflə yerinə yetirir





Bu dəfə söhbət açacağımız xeyirxah insan Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov olacaq  . Hacı Şahin  müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur Hacı Şahin Hüseynov Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hacı Şahin müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Hər kəsə bəllidir ki, Hacı Şahin  müəllim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə  əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Hacı Şahin Hüseynov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Hacı Şahin Hüseynov  özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.  Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Qanunpress.az xəbər portalının kollektivi adından Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynovu və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş