Sizin reklam burada
Sizin reklam burada

Olimpiya İdman Kompleksinin direktoru Rəşad müəllim - İdman sahəsində böyük xidmətləri olan fədakar rəhbər

Olimpiya İdman Kompleksinin direktoru Rəşad müəllim - İdman sahəsində böyük xidmətləri olan fədakar rəhbər



Azərbaycanın şimal bölgəsinin ən gözəl guşələrindən biri olan Quba rayonunda İdman sahəsinin inkişafı, gənclərin sağlamlığının qorunması və güclü idmançıların yetişdirilməsi istiqamətində son illərdə mühüm işlər görülməkdədir. Bu prosesdə xüsusi paya sahib olan simalardan biri də Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşad müəllimdir. Onun rəhbərliyi dövründə Quba Olimpiya İdman Kompleksində köklü dəyişikliklər baş vermiş, idmançıların peşəkarlığının artırılması, müasir avadanlıqların istifadəsi, idmançıların müxtəlif yarışlarda qabaqcıl yerlər qazanmalarında Rəşad müəllimin zəhməti danılmazdır. 
Rəşad müəllim uzun illərdir ki, idman sahəsində fəaliyyət göstərir. Onun peşəkar idmançı kimi qazandığı təcrübə, insanlara diqqət və qayğı ilə yanaşması, vəzifəsinə vicdanla yanaşması, həmçinin təşkilatçılıq qabiliyyəti onu Quba rayonunda tanınan və hörmət edilən şəxslərdən birinə çevirmişdir. 
Rəşad müəllim üçün əsas dəyər insan amilidir. O, hər zaman müəllimlərin peşəkarlığına və gənc idmançılara qayğı ilə yanaşmasına xüsusi diqqət yetirir. Çünki idmançı yalnız peşəkarlığı ilə deyil, həm də insanpərvərliyi ilə fərqlənməlidir. Quba rayonunda yaşayan insanlar yaxşı bilirlər ki, Rəşad müəllim hər bir müraciətə həssaslıqla yanaşır, problemlərin həllinə çalışır .
Xüsusilə şəhid ailələri, müharibə veteranları, qazilər və aztəminatlı ailələrə diqqət Rəşad müəllimin fəaliyyətində mühüm yer tutur. O, dəfələrlə bu kateqoriyadan olan insanlara müəyyən yardım göstərilməsini təşkil etmiş, onların qayğılarının azaldılması üçün müxtəlif təşəbbüslər irəli sürmüşdür. Bu yanaşma bir daha göstərir ki, Rəşad müəllim yalnız rəhbər deyil, həm də yüksək insani dəyərlərə sahib bir vətəndaşdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman sahəsində aparılan islahatlar bölgələrdə də öz bəhrəsini verməkdədir. Quba rayonunda bu siyasətin həyata keçirilməsində Rəşad müəllim öz töhfəsini verməkdədir. Onun rəhbərliyi ilə Olimpiya İdman Kompleksində tətbiq olunan yeniliklər, vətəndaşlara göstərilən diqqət dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir.
Rəşad müəllim daim rəhbərliyin etimadını doğruldan, verilən tapşırıqları vicdanla yerinə yetirən, vəzifəsini ləyaqətlə daşıyan bir şəxsdir. Onun fəaliyyəti bir daha göstərir ki, peşəkarlıq, insanpərvərlik və dövlətə sadiqlik prinsipləri hər bir rəhbərin əsas şüarı olmalıdır. Quba rayonunda idmanın inkişafı və əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlar buna parlaq sübutdur.
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşad müəllim bu gün öz əməyi, fədakarlığı və təşkilatçılığı ilə idman sahəsində böyük xidmətlər göstərən insanlardan biridir. 

  • Sosial şəbəkədə paylaş