Sizin reklam burada
Sizin reklam burada

Elvin Məmmədov : Təşkilatçı rəhbər , Gözəl insan - Əsl vətəndaş.

Elvin Məmmədov  : Təşkilatçı rəhbər , Gözəl insan - Əsl vətəndaş.




Bu dəfə söhbət açacağımız xeyirxah insan - İş adamı Elvin Məmmədov olacaq . Elvin  müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur Elvin müəllim  Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elvin  müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Hər kəsə bəllidir ki, Elvin müəllim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə  əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir.
Elvin Məmmədov  hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Elvin  müəllim  özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.  Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Qanunpress.az xəbər portalının kollektivi adından Elvin Məmmədova gələcək işlərində uğurlar arzulayırıq.
Tanrı sizləri , sevdiklərinizi və Azərbaycanımızı qorusun . Amin.

  • Sosial şəbəkədə paylaş