Sizin reklam burada
Sizin reklam burada

Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rəşad müəllim Dövlətə və Dövlətçiliyə sədaqət nümunəsidir.

Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rəşad müəllim Dövlətə və Dövlətçiliyə sədaqət nümunəsidir.



10 may 2025-ci il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Hər il bu tarix Azərbaycan xalqı üçün yalnız bir xatirə günü deyil, həm də dövlətçilik dərslərinin və milli ideologiyanın dərinləşdirilməsi günü kimi qəbul olunur. Ulu Öndərin anım günlərində ölkənin bütün regionlarında silsilə tədbirlər keçirilir, onun dövlətə və millətə verdiyi əvəzsiz töhfələr hörmətlə anılır.
Milyonlarla azərbaycanlının qəlbində Heydər Əliyev adı müqəddəsdir. Çünki o, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, iqtisadi böhrandan xilas etdi, sabitlik və inkişaf yoluna çıxardı. Hər bir dövlət qulluqçusu bu gün də öz işini Ulu Öndərin prinsipləri əsasında qurmağa çalışır.
Bu gün ölkəmizdə fəaliyyət göstərən hər bir dövlət qurumu Heydər Əliyev ideyalarına söykənərək fəaliyyət göstərir. Ulu Öndərin strateji baxışları, dövlətçilik təlimi və idarəçilik modeli hər zaman aktualdır və gələcək nəsillərə də örnək olacaqdır.
Azərbaycan xalqı bu dahi şəxsiyyətin xatirəsini daim uca tutacaq, onun irsini qorumalı və yaşatmalıdır.
Allah Ulu Öndərimizə rəhmət eləsin. Ruhu şad olsun.
Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.
Söhbət Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rəşad müəllimdən gedir . Rəşad müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur Rəşad müəllim Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəşad müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Hər kəsə bəllidir ki, Rəşad müəllim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Rəşad müəllim hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Rəşad müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir. O, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər - vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Əminik ki, hələ uzun illər Rəşad müəllim bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadiyyatının yüksəlişinə daha böyük töhfələr verəcəkdir.

  • Sosial şəbəkədə paylaş