
Bu dəfə söhbət açacağımız xeyirxah insan - Tanınmış stomotoloq Afiq Nəbiyev olacaq . Dr.Afiq Nəbiyev hər zaman ünsiyyətdə olduğu, insanlar tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur Afiq Nəbiyev Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Afiq həkim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Hər kəsə bəllidir ki, Afiq Nəbiyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Afiq Nəbiyev hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Afiq həkim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı bir həkim kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir. Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir həkim və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Bəli, əbədi ömrü olan insan özü bir dünyadır. Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından bu dəyərli insana Tanınmış və peşəkar stomotoloq Afiq Nəbiyevi Novruz bayramı münasibəti ilə təbrik edir və Uca Tanrıdan sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi çətin və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıram.
Hörmətlə Solmaz xanım
