Sizin reklam burada
Sizin reklam burada

Azəri Hazırlıq Kurslarının direktoru Rafiz Abbasov vəzifəsini şərəflə yerinə yetirir.

Azəri Hazırlıq Kurslarının direktoru Rafiz Abbasov vəzifəsini şərəflə yerinə yetirir.





Tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Azəri Hazırlıq Kurslarının direktoru Rafiz Abbasov bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.
Azəri hazırlıq kursları 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlamışdır. Kursun 2014-cü ildən Xırdalan, 2017-ci ildən isə Gəncə filialları fəaliyyətə başlamışdır. Az müddət ərzində kurs öz yüksək göstəriciləri ilə ictimaiyyətin nəzərini cəlb etmişdir.
Kursda bütün ixtisas qrupları üzrə Ali məktəblərə hazırlıqlar təşkil olunub,şagird hansı ixtisas qrupu üzrə seçim edirsə kursda həmin ixtisas qrupuna düşən fənlər tədris olunur.
Azəri Hazırlıq Kurslarının direktoru Rafiz Abbasov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Rafiz müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Rafiz Abbasov Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rafiz müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Hər kəsə bəllidir ki, Rafiz Abbasov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Rafiz Abbasov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə nümunəvi başqalarına örnək ola biləcək təhsil işçilərimizlə qürur duymuşuq , fəxr etmişik.
Tanrı sizləri , sevdiklərinizi və Azərbaycanımızı qorusun . Amin.

  • Sosial şəbəkədə paylaş