Sizin reklam burada
Sizin reklam burada

Füzuli Usubov : Təşkilatçı rəhbər ,Gözəl insan - Əsl vətəndaş.

Füzuli Usubov : Təşkilatçı rəhbər ,Gözəl insan - Əsl vətəndaş.



Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər Xeyirxah insan - iş adamı "Bizim Ailə" günəbaxan tumlarının qablaşdırılması müəssisəsinin rəhbəri Füzuli Usubov olacaqdır . İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Füzuli Usubov özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir. Füzuli Usubov  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman Xalq-Dövlət, Dövlət-Xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Füzuli  müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Füzuli müəllim böyük genetik irsin varisidir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Füzuli  müəllim   olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Qanunpress.com xəbər portalının kollektivi adından iş adamı "Bizim Ailə" günəbaxan tumlarının qablaşdırılması müəssisəsinin rəhbəri Füzuli Usubovu və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ