Sizin reklam burada
Sizin reklam burada

Ramiz Mehdiyevin "adamı" deyilən şəxsin Sumqayıtdakı özbaşınalığı

Azərbaycan Respublikasının
Prezidenti Möhtərəm Cənab İlham Əliyevə
surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti
Hörmətli Mehriban Xanım Əliyevaya
surəti: Azərbaycan Respublikasının Fövqəladə Hallar
naziri cənab Kəmaləddin Heydərova
surəti: Azərbaycan Resublikasının Baş naziri
cənab Əli Əsədova
surəti: Azərbaycan Respublikasının Milli Məclisinə
surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
müvəkkili (Ombudsman) Səbinə Əliyevaya
surəti: SOCAR”-ın prezidenti cənab Rövşən Nəcəfə
surəti: “Azəriqaz” İB-nin rəhbərliyinə
surəti: Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı
yaşayış
binasının sakinləri adından
ŞİKAYƏT


Son zamanlar qanunsuz tikililərin sökülməsi prosesinə start verib.Etiraf edək ki,
qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi
nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti
aparmağa icazə verir.
Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli
648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı
bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə
əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmır,
qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görmür.
Sumqayıt şəhər 30-cu məhəllə 2A/15 saylı binanın 2-ci mənzilində yaşayan özünü Ramiz
Mehdiyevin “adamı” kimi təqdim edən məmur Ölkə Qanunlarına, Prezidentin Fərman v\ə
Sərəncamlarına, məhəl qoymur. 2023-cü ilin sentyabr ayından başlayaraq bu şəxs məhəllədə
istədiyi özbaşınalığı edir. Özünə eyvan artırmaq məqsdədilə öncə binanın qarşısından keçən,
binanı qidalandıran ana qaz boru xəttinə müdaxilə etdi. Ana xəttdən binanın 1-ci blokuna
(şəxsin yaşadığı blok) gedən qaz boru xəttinin yerini özbaşına dəyişdirdi. Yerndə araşdırma
aparısa borudakı calaq yerləri açıq görünür. Media üzərindən müxtəlif qurumlara müraciət
etməyimizə baxmayaraq heç bir tədbir görülmədi. (https://azadmedia.az/cemiyyet/80054-
sumqaytda-yaayan-bir-qrup-sakin-imdad-dilyir.html)
2024-cü ilin iyul ayından başlayaraq özünü Ramiz Mehdiyevin adamı kimi təqdim edən
şəxs şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozaraq özünə özbaşına
eyvan artırır və hazırda da işlər gedir (şəkillər əlavə edilir)
Tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarından lazımi icazəverici sənədlər
alınmayıb. İşlər görülərkən normativ tələblərə riayət olunmur və belə bir səbəbdən də, ətraf
ərazilərə xoşagəlməz səs-küy yayılır, ərazini toz-torpaq və s. ağuşuna alır. Bu da tikinti işlərinin
aparıldığı əraziyə yaxın yerlərdə yaşayan sakinlərin, ərazidən ötüb–keçən insanların haqlı
narazılığına səbəb olur.Sovet dövründə inşa edilən binamızın istismar müddəti başa çatıb, təbii
fəlakətə davamlılığına zəmanət yoxdur. Binalar möhkəm tikilsə belə sonradan edilən artırmalar
binaları çox yükləyib. Bu artırmalar binanın təməlini zədələyir, binaya ağırlıq salır. Onsuz da
istismar müddəti bitmiş binalar, bu artırmalara uyğun olaraq əyilir. Yəni təbii fəlakətlər zamanı
da risk qrupuna aid olur.
Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən 2A/15 saylı yaşayış binası da risk qrupuna
aid olan binalardandır.
Görünür Sumqayıt şəhərində səlahiyyətli şəxslər tikinti aparan şəxsə "müəyyən şərtlər daxilində"
tikinti aparmağa icazə verib.Çox təəsüüflər olsun ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin bəzi
səlahiyyətli şəxsləri belə bir qanunsuz tikintiyə hələ də göz yumurlar.
Ən maraqlısı ərazinin Mənzil İstismar sahəsi, ərazi üzrə sahə müvəkkili və digər səlahiyyətli
şəxslərin qanunsuz tikintinin aparılmasını “görməməzliyidir” Yəqin canlarından Ramiz Mehdiyev
Qorxusu, sindromu hələ də çıxmayıb.
Sizlərədn xahiş edirik Ölkə Qanunlarına, Prezidentin Fərman və Sərəncamlarına məhəl
qoymayan özünü hamıya Ramiz Mehdiyevin adamı kimi “tanıdan” Sumqayıt şəhər 30-cu
məhəllə, 2A/15 saylı binanın 2-ci mənzlində yaşayan şəxsin özbaşınalıqlarına son qoyaraq
qanunsuz artırdığı eyvanın sökülməsi üçün aidiyyatı qurumlara göstəriş verməklə bizi
binamızdakı real təhlükədən qurtarasınız.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ