Sizin reklam burada
Sizin reklam burada

yazılar............

Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu əminliklə açır, onu içində yaşadağı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Bu yazımızda biz də həmin insanlardan biri,- daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün, tamlığın, bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan, nəcib şəxsiyyət,əsl ziyalı,texnika elmləri doktoru, hörmətli alim, professor Hüseynbala Mirələmovun portretini olduğu kimi təqdim etmək istəyirik.
Hüseynbala Mirələmov,- doğurdan da Azərbaycanda çox tanınan, sayılan, xalqın sevgisini,dövlətin etimadını qazanan, əsl vətəndaş,nüfuzlu ictimai-siyasi xadim, yazıçı,texnika elminin öndə gedənlərindən,hörmətli alimlərimizdən,dəyərli ziyalılarımzdandır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq ,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Hüseynbala müəllim də, sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan, əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən, doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Hüseynbala müəllimin daxili aləminin ən dərin qatından baş qaldırdığının, cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Hüseynbala müəllim də, respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn ziyalılarımzdandır.
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki, 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində, Fazil kişinin ailəsində dünyaya göz açan Hüseynbala Mirələmov,1953-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin 1- ci sinfinə gedir. 1964-cü ildə isə həmin məktəbi gümüş medalla bitirərək,Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasına qəbul olur. 1970- ci ildə institutu müvəffəqiyyətlə başa vuran Hüseynbala müəllim, 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmət keçir.
Hələ gənc yaşlarından əmək,yaradıcılq və işgüzarlıq ruhu ilə yaşayan Hüseynbala müəllimin həyat yolu, sanki indidən onu irəlidə gözləyən uğur və yüksəlişlərindən xəbər verirdi. Bu üzdən də aşıb- daşan gənclik enerjisini doğru- düzgün isyiqamətə yönləndirəcək ağıl və zəkasının köməkliyi ilə, çıxacağı yolun bütün eniş –yoxuşlarını, enmə və qabarmalarını rassional düşüncə ilə hesablayayaraq, daha doğrunu seçim etmək üçün sağlam təfəkkürlə iti və düz baxış bucaqından keçəcəyi mərhələlərin ən mümkününü nəzərdən keçirməyi yaddan çıxarmır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ